İran prezidentinin İraq preizdenti tərəfindən rəsmən qarşılanması mərasimi keçirildi
Mart 11, 2019 14:55 Asia/Baku
İran İslam Respublikası prezidenti bu gün Bağdadda "Qəsrül-Salam" prezident sarayında İraq prezidenti tərəfindən rəsmən qarşılandı.
İran və İraqın milli himni səsləndiridikdən sonra İran İslam Respublikası prezidenti Həsən Ruhani və İraq prezidenti Bərhəm Saleh xüsusi qaravul dəstəsinin önündən keçiblər. Daha sonra isə nümayəndə heyətlərinin üzvlərini bir-birinə təqdim ediblər.
İran və İraq prezidentləri rəsmi qarşılama mərasiminin ardınca yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə Tehran - Bağdad əlaqələrinin inkişafı və möhkəmləndirilməsinə dair müzakirələr aparılacaq.
İran prezidenti bu gün yüksək səviyyəli siyasi-iqtisadi heyətin başında Bağdada səfər etdi.