Ruhani: İraqın təhlükəsizliyi və sabitliyi bütün regionun xeyrinədir
İran İslam Respublikası prezidenti İraqın təhlükəsizliyi və sabitliyini bütün regionun xeyrinə adlandırdı və dedi: İran və İraq terrorizmə görə bir çox çətinliklər ilə üzləşiblər.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar ertəsi günü Bağdadda İraq prezidenti Bərhum Saleh ilə birgə mətbuat konfransında dedi: İraqın təhlükəsizliyi və sabitliyi İran üçün önəmlidir. Çünki, sabitlik və təhlükəsizliyə malik olan İraq regionda önəmli rola malik ola bilər.
Ruhani özünü İraqda vətəndə olduğu kimi hiss etdiyini deyərək, əlavə etdi: İran və İraq xalqları araasındakı əlaqələr minlərlə il keçmişə malikdir. Və Tehran bu dini, mədəni, tarixi və regional əlaqələrin daha da möhkəmlənməsini istəyir.
İraq prezidenti Bərhum Saleh də bu mətbuat konfransında İŞİD terrorizmi ilə mübarizədə İraqı himayə etdiyi üçün İrana təşəkkür edərək, dedi: İraq - İran əlaqələri bütün regionun xeyrinədir.
Saleh İran prezidentinin İraqa olan səfərini iki ölkə münasibətlərinə təkid adlandıraraq, Tehran - Bağdad əlaqələrindəki maneələrin aradan qaldırılmasını istədi.
İran İslam Respublikası prezidenti bu gün yüksək səviyyəli siyasi-iqtisadi heyətin başında İraqa səfər etdi.