Ruhani: Regiondakı terrorçuların məhvində qərbli qüdrətlərin heç bir rolu olmayıbdır
İran İslam Respublikasının prezidenti deyib: Hamı bilir ki, regiondakı terrorçuların məhvində qərbli qüdrətlərin heç bir rolu olmayıb və onlar təkcə öz təyyarə və vertolyotları ilə nümayişkaranə əməliyyatlar həyata keçiriblər.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Bağdadda iraqlı elita qarşısında hegemonçu qüdrətlərin İŞİD daxil olmaqla terrorçuları regiona çəkmək üzrə məqsədlərini sadalayaraq, əlavə edib: Region ölkələri və xalqları arasında parçalanma və təfriqə yaratmaq, qəbilələr və dinlər arasında dərin ixtilaflar salmaq, özlərinin regiondakı qanunsuz iştiraklarını əsaslandırmaq, İraqı, Suriyanı və bəzi region ölkələrini pis qələmə vermək, özlərini xilaskar kimi göstərmək və sonda İslam barədə kobud bir sima təqdim etmək hegemonçu qüdrətlərin məqsədləri olubdur.
Regionun bütün mürəkkəb və çətin şəraitində İran və İraq xalqlarının daim bir-birilərinin yanında olmalarından razılıq edən İran İslam Respublikası prezidenti əlavə edib: İŞİD ilə mübarizədə İran İslam Respublikası İraq xalqının kənarında olubdur.
Ruhani söyləyib: Region müsəlmanları dünyaya deyə bildilər ki, terrorçular müsəlman deyillər və islamofob təbliğatların əksinə olaraq, İslam ədalət, rəhmət və bütün dinlər və etnoslarla dinc yanaşı yaşama dinidir.
İran İslam Respublikasının prezidenti söyləyib: Region böyük regional bir güc yaratmaq üçün böyük bir vəhdətə ehtiyaclıdır ki, supergüclər bu region barədə fikirləşərkən zehinlərinin ilk sətrində neft və regionu talan etmək olmasın.