Mart 14, 2019 19:38 Asia/Baku
  • İran Xarici İşlər Nazirliyinin sözçüsü: Amerika hökuməti insan haqlarının ən böyük pozucusudur

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Amerika hökuməti İran xalqının insan haqlarının ən böyük və geniş pozucusu kimi birtərəfli sərhədaşırı qanunsuz sanksiyalar qəbul etdirərək, İran vətəndaşlarının hüquqlarının pozulmasında əlindən gələni əsirgəməyibdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün ABŞ dövlət departamentinin digər ölkələrdə insan haqları barədəki illik hesabatına münasibətdə əlavə edib: Amerika elə bir halda insan haqları barədəki illik hesabatında başqa ölkələrdə insan haqlarının vəziyyətini hədəfə alır ki, onun özü ölkəsinin daxili və xaricində insan haqlarının pozulması üzrə ən ağır bir işə malikdir və daim bir çox dövlət, ümumi fikir, xalq əsaslı təşkilatlar, insan haqları üzrə fəallar və şəxsiyyətlər, BMT və bu təşkilatın xüsusi məruzəçisi tərəfindən və hətta Amerikanın özündə kəskin tənqid atəşinə tutulur.

Qasemi əlavə edib: ABŞ dövlət departamentinin İranda insan haqlarının vəziyyəti ilə bağlı hesabatında işarə olunan hallar da İranda bəzi insan haqları hadisələrindən qeyri-düzgün, qərəzli və siyasi qənaətlər və təhlillərdir ki, Amerika insan haqlarındakı qara və müdafiəolunmaz iş keçmişi ilə mütləq şəkildə onlarla məşğul olmaq səlahiyyətinə malik deyildir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Amerika hökuməti birtərəfliliyə söykənməsi, insan haqları üzrə beynəlxalq standartlarla təzad təşkil edən rəftar və siyasətləri, beynəlxalq məhkəmələrin hökmlərinə, həmçinin BMT-nin insan haqları üzrə beynəlxalq məruzəçiləri və nümayəndələrinin nəzərlərinə məhəl qoymaması ilə yanaşı, quldurluq, zorakılıq, alçaqlıq və aldatma ilə müstəqil ölkələrin inkişafı və təhlükəsizliyi, sabitliyinin zəiflədilməsi və onlara təzyiqin göstərilməsi və tamamilə siyasi hədəflərin təqib edilməsi istiqamətində insan haqlarından bir vasitə kimi istifadə siyasətini izləməkdə davam edir.


 

 

 

Teqlər