Mömini: Qərb ölkələri narkotiklərlə mübarizədə müştərək məsuliyyət prinsipinə sadiq deyillər
https://azeri.sahartv.ir/news/İran-i336892-mömini_qərb_ölkələri_narkotiklərlə_mübarizədə_müştərək_məsuliyyət_prinsipinə_sadiq_deyillər
İranın narkotiklərlə mübarizə qərargahının baş katibi deyib: Məqsəd ölkələr xüsusiylə qərb ölkələri narkotiklərlə mübarizədə müştərək məsuliyyət prinsipinə sadiq deyillər və onu unudublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2019 17:23 Asia/Baku
  • Mömini: Qərb ölkələri narkotiklərlə mübarizədə müştərək məsuliyyət prinsipinə sadiq deyillər

İranın narkotiklərlə mübarizə qərargahının baş katibi deyib: Məqsəd ölkələr xüsusiylə qərb ölkələri narkotiklərlə mübarizədə müştərək məsuliyyət prinsipinə sadiq deyillər və onu unudublar.

İRİB-in verdiyi məlumata görə, İran İslam Respublikasının  narkotiklərlə mübarizə qərargahının baş katibi Vyandada Birləşmiş Millətlər Təşkilatının narkotiklər və mütəşəkkil cinayətlərlə mübarizə ofisinin baş katibinin müavini Yuri Fedotov ilə görüşündə BMT-nin narkotiklərlə mübarizə komissiyasının 62-ci iclasının bəyanatından razı qaldığını bildirib və yeni siyasi sənədin yaranmış öhdəliklərin həyata keçirilməsinə gətirib çıxaracağına ümidvar olduğunu bildirib.

İranın narkotiklərlə mübarizə qərargahının baş katibi deyib: İrana qarşı ABŞ sanksiyaları İranın narkotiklərlə mübarizə siyasətinə mənfi təsir göstərir.