Ruhani: Trampın Qolan barədəki qərarı müstəmləkəçilik qərarıdır
Mart 26, 2019 15:47 Asia/Baku
İran İslam Respublikasının prezidenti ABŞ prezidentinin işğal olunmuş Qolan məntəqəsini birtərəfli şəkildə sionist qəsbkarlara bağışlamaq qərarını müstəmləkəçilik qərarı adlandırıb.
Həsən Ruhani bu gün İranın bir qrup naziri, müdiri və icra rəsmisi ilə görüşdə Amerika prezidenti Donald Trampın işğalçı sionist rejimin Qolan yüksəkliklərinə hakimiyyətini rəsmi şəkildə tanımaq üzrə qərarını tənqid edərək, əlavə edib: Tramp birtərəfli surətdə və beynəlxalq qayda-qanunlara zidd olaraq, bir ölkəyə aid olan torpağı qəsbkar bir rejimə bağışlayıbdır.
Ruhani söyləyib: Bir çox ölkələrdə müstəmləkəçiliyin hökm sürdüyü zaman bəzi böyük güclər bu cür müstəmləkəçilik hərəkətləri edirdilər, amma hazırkı dövrdə belə bir hərəkət yersiz bir hərəkətdir.