Müxtəlif ölkələr İranda seldən zərərçəkənlərin kədəri ilə bölüşüblər
https://azeri.sahartv.ir/news/İran-i337632-müxtəlif_ölkələr_İranda_seldən_zərərçəkənlərin_kədəri_ilə_bölüşüblər
İranın bir neçə vilayətində selin baş verməsi və bir qrup iranlının ölməsi və yaralanmasının ardınca bəzi ölkələrin Tehrandakı səfirlikləri İranın xalqı və rəsmilərinin kədəri ilə bölüşüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 26, 2019 14:25 Asia/Baku
  • Müxtəlif ölkələr İranda seldən zərərçəkənlərin kədəri ilə bölüşüblər

İranın bir neçə vilayətində selin baş verməsi və bir qrup iranlının ölməsi və yaralanmasının ardınca bəzi ölkələrin Tehrandakı səfirlikləri İranın xalqı və rəsmilərinin kədəri ilə bölüşüblər.

İngiltərənin Tehrandakı səfirliyi bu gün twitter-də yaydığı müraciətdə İranın Qolestan vilayətində və Şiraz şəhərindəki sel hadisələrində həlak olanların ailələrinin kədərlərinə şərik çıxıb.

Finlandiyanın Tehrandakı səfirliyi də bir müraciətdə İranın Qolestan vilayətində və Şiraz şəhərindəki sel hadisələrində həlak olanların ailələrinin kədərlərinə şərik çıxaraq, həlak olanlar üçün bağışlanma diləyib.