Mart 29, 2019 20:49 Asia/Baku
  • "Yer günü" sionist rejimin işğalçılıqları qarşısında müqavimət simvoludur

İranın xarici işlər nazirliyi bildirib ki, "Yer günü" fələstinlilərin müqavimətinin tarixi və mədəniyyətində kulminasiya nöqtəsidir və sionist rejimin işğalçılıqları qarşısında müqavimətin yaşadılmasında mühüm rol oynayır.

İranın xarici işlər nazirliyi bu gün "Yer günü" münasibətilə yaydığı bir bəyanatda bildirib: "Yer günü" hələ də məzlum Fələstin xalqının mübarizələri və siyasi həyatının bir hissəsidir ki, fələstinlilərin didərgin düşmələri, kəndlərin dağıdılması, yerin müsadirə edilməsi, irqi ayrı-seçkilik və zorakılığa etiraz olaraq formalaşıb və davam edir.

İranın xarici işlər nazirliyi vurğulayıb: Amerika dövlətinin təhlükəsizlik şurasının qətnamələrini pozması və sionist rejimə dəstək verməsi regiondakı bəzi ərəb ölkələrinin bu rejimlə əlaqələrin adiləşdirilməsi üzrə səylərinin səmərəsiz olduğunu sübut etdi və göstərdi ki, sionist rejimlə münasibətlərin bərqərarı üzrə aşkar və gizli səylər ərəb-islami ərazilərin işğalına son qoyulmasına və fələstinlilərin hüquqlarının bərpasına heç bir kömək etməyəcək.

Teqlər