İran ilə Xorvatiya arasında investisiyaya düzəliş protokolu imzalanıb
İran İslam Respublikası və Xorvatiya hökumətləri arasındakı investisiyaya qarşılıqlı dəstək və təşviq üzrə düzəliş protokolu iki ölkənin iqtisadiyyat nazirləri tərəfindən imzalanıb.
İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd dünən Zaqrebdə Xorvatiyanın iqtisadiyyat naziri Darko Horvat ilə görüşüb.
Xorvatiyanın iqtisadiyyat naziri bu görüşdə İranda sel hadisəsi və İran vətəndaşlarından bir neçəsinin bu hadisədə həyatını itirməsindən təəssüf ifadə edərək, bu faciə münasibətilə İranın dövləti və xalqına, eləcə də həlak olanların ailərinə başsağlığı verib.
Darko Horvat həmçinin ümidvarlıq edibdir ki, İran İslam Respublikası və Xorvatiya hökumətləri arasındakı investisiyaya qarşılıqlı dəstək və təşviq üzrə düzəliş protokolunun icra mərhələsinə daxil olması qarşılıqlı əlaqələrin genişlənməsinin davam etməsi üçün münasib önzəminlərin yaranmasına səbəb olacaqdır.
İran İslam Respublikası və Xorvatiya hökumətləri arasındakı investisiyaya qarşılıqlı dəstək və təşviq üzrə düzəliş protokolunun imzalanması, 2005-ci ildən bəri ikitərəfli həmkarlıqların davamıdır. Yeni protokol bu anlaşma sənədini Avropa Birliyinin prinsip və qanunları ilə həmahəng edir.
İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd də Tehran-Zaqreb həmkarlığını keyfiyyətli və geniş adlandırıb və deyib ki, energetika, nəqliyyat, tikinti və turizm daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq üçün bir çox imkanlar mövcuddur.