Apr 03, 2019 18:16 Asia/Baku
  • Zərərçəkənlərə beynəlxalq yardımların qarşısının alınması misli görünməmiş bir cinayətdir
    Zərərçəkənlərə beynəlxalq yardımların qarşısının alınması misli görünməmiş bir cinayətdir

İran İslam Respublikası prezidenti deyib: Xarici yardımların İrana daxil olmasının qarşısının alınması və Qırmızı Aypara Cəmiyyətinin bu çətin şəraitdə digər ölkələrdən göndərilmiş yardımları ala bilməməsi misli görünməmiş bir cinayətdir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün səadətli məbəs bayramı ilə bir vaxtda İslam Şurası Məclisinin bəzi üzvləri və məsul şəxsləri, həmçinin icra orqanlarının müdirləri və nazirlərdən bir qrupu ilə görüşdə əlavə edib: İranın Xarici İşlər Nazirliyi və İranın hüquq orqanları bu məsələni qanuni surətdə izləməlidirlər ki, nə üçün hətta ölkədən xaricdə yaşayan iranlılar da, belə bir mövqedə öz yardımlarını İrandakı həmvətənlərinə göndərə bilmirlər.

Ötən iki həftə ərzində sel İranın şimal, qərb və cənub bölgələrini bürüyüb və böyük insan və maliyyə xəsarətləri yaranıbdır.

Amerika İranın Qırmızı Aypara Cəmiyyətinin hesablarını dondurub və bu addımla əslində digər ölkələrdən İranın seldən zərərçəkən xalqına yardımların gəlib çatmasına xələl gətiribdir.

Teqlər