İran və İraq sərhəd neft yataqlarının istismarına dair razılığa gəldilər
-
İran və İraq sərhəd neft yataqlarının istismarına dair razılığa gəldilər
İranın neft naziri Tehran və Bağdadın birgə neft yataqlarının istismarına və İraqın neft-kimya sənayesinin iranlı mütəxəssisər və mühəndislər vasitəsilə inkişaf etdirilməsinə dair razılığın əldə olunmasndan xəbər verdi.
İranın neft naziri Bijən Namdar zəngənə bazar günü İraqın neft nazirinin İranın Enerji Sənayesi üzrə Layihələşdirmə və Mühəndislik şirkətinə baxış keçirərkən, jurnalistlər qarşısında dedi: İraqın neft-kimya və qaz sənayesinin inkişafa ehtiyaclı olmasını nəzərə alaraq, bu sahə üzrə yaxşı əməkdaşlıq perspektivi mövcuddur.
Bijən Namdar Zəngənə İranın neft, qaz, neftayırma və neft-kimya sahəsində yaxşı bacarığa malik olduğunu deyərək, əlavə etdi: Tehran öz təcrübələrini İraq ilə bölüşməyə hazırdır.
İranın neft naziri həmçinin dedi: İraqın neft şirkətləri bu xüsusda əməkdaşlıqların formasına dair İran tərəfi ilə müzakirələr etməli və mövcud potensiallardan istifadə imkanları müəyyən edilməlidir.