Apr 08, 2019 09:56 Asia/Baku
  • İran xalqının seldənzərərçəkən həmvətənlərə təqdirəlayiq yardımı
    İran xalqının seldənzərərçəkən həmvətənlərə təqdirəlayiq yardımı

Xalq tərəfindən seldənzərərçəkənlər üçün 65 milyard tüməndən çox nağd yardımın göndərildiyini vurğulayan İranın Qırmızı Aypara Cəmiyyətinin sədri xəsarətlərin həcminin olduqca yüksək olmasına görə, bu yardımların yenə də artacağına ümid bəslədiyini bildirib.

Əli Əsğər Peyvəndi bu yardımları nadir bir hadisə və bir rekord kimi dəyərləndirib.

İranın Qırmızı Aypara Cəmiyyətinin sədri əlavə edib: Bu yardımlar ondan irəli gəlir ki, selə düçar olmayan, həmçinin qar və çovğun problemləri olmayan digər əzizlər başqa həmvətənlərin fikrində olub, çox yüksək səy və ciddi-cəhd göstəriblər.

İranın bəzi məntəqələrində güclü leysan yağışları çayların daşmasına və selin yaranmasına səbəb oldu.

Ölkənin qərbi və cənub-qərbindəki bəzi şəhər və kəndlər sel ilə mühasirə olundular. Belə ki, hava yolu ilə yardım çatdırmağa belə,imkan yox idi.

Ölkənin bütün orqanları, o cümlədən hökumət, yardım qüvvələri, silahlı qüvvələr və xalq könüllüləri seldənzərərçəkənlərin yardımına getdilər.

Teqlər