Apr 08, 2019 21:27 Asia/Baku
  • İran bölgədəki ABŞ hərbi qüvvələrini
    İran bölgədəki ABŞ hərbi qüvvələrini "terrorçu qrup" adlandırdı

İran İslam Respublikası Milli Təhlükəsizlik Ali Şurası Qərbi Asiyadakı ABŞ hərbi qüvvələrini və onun tabeliyində olan bütün qüvvələri "terrorçu qrup" kimi təqdim edib.

İran İslam Respublikası Milli Təhlükəsizlik Ali Şurası bu gün bir bəyanatda Amerikanın İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ı terror təşkilatları siyahısına salmaq kimi qanunsuz və təhlükəli hərəkətini pisləyərək, bildirib: İran Amerikanı "terrorizmə dəstək verən hökumət" və Qərbi Asiyadakı ABŞ hərbi qüvvələrini və onun tabeliyində olan bütün qüvvələri "terrorçu qrup" hesab edir.

Bəyanatda sonra deyilir: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah, daima Qərbi Asiya bölgəsində terrorçuların və ekstremist qrupların himayədarı olmuş Amerikanın və onun regional müttəfiqlərinin əksinə olaraq, ardıcıl şəkildə regionda terrorizm və ekstremizm ilə mübarizənin ön xəttində olub və bu inqilabçı qüvvənin Əlqaidə, İŞİD, Ənnusrə və sair terror qrupları ilə mübarizədəki rolu zərərçəkmiş xalqlar və hökumətlər tərəfindən daim yüksək dəyərləndiriibdir.

İran İslam Respublikası Milli Təhlükəsizlik Ali Şurası bu bəyanatda Amerikanın bu avantürist hərəkətin nəticələrində məsuliyyət daşıdığını vurğulayaraq, bildirib: Amerikanın İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ı terror təşkilatları siyahısına salmaq üzrə hərəkəti regional və beynəlxalq sülh və təhlükəsizlik üçün başlıca təhlükə, eləcə də BMT Nizamnaməsi və beynəlxalq hüquq normalarının aşkar şəkildə pozulması sayılır.

Teqlər