Tehran universitetlərinin tələbələri ABŞ-ın Sepah-la bağlı qərarına etiraz olaraq piket keçirdilər
Tehran universitetlərinin bir qrup müəllim və tələbəsi ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adını terrorçu elan etməsinə etiraz olaraq piket keçirib.
İRİB-nin bildirdiyinə görə, piket iştirakçıları ABŞ-ın Sepah-ı terrorçu adlandırmasına etiraz edərək, bildiriblər: İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah İran xalqının önəmli nailiyyətlərindən biri olaraq təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, quruculuq, abadlıq və mədəniyyət sahəsində də önəmli rola malikdir.
Tehran universitetlərinin müəllim və tələbələrinin bəyanatında həmçinin deyilir: Sepah İran Konstitusiyasına əsasən İran İslam Respublikasının silahlı qüvvələri hesab olunur və amerikalıların bu yüngül hərəkəti İran xalqı üçün yeni və gözlənilməz addım sayılmır.
Bu etiraz aksiyasında Tehran, Elm və Sənaye, Əmir Kəbir, Şəhid Beheşti və bir sıra digər universitetin müəllim və tələbəsi iştirak edib.