Fəlahətpişe: Müstəqil ölkələrin əməkdaşlığı ABŞ-ın qeyri-qanuni rəftarlarını durdura bilər
-
Fəlahətpişe: Müstəqil ölkələrin əməkdaşlığı ABŞ-ın qeyri-qanuni rəftarlarını durdura bilər
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri dedi: Müstəqil ölkələrin bir-biriləri ilə əməkdaşlıq etmələri və ABŞ-ın zorakılıqları qarşısında vahid mövqedən çıxış etmələri bu ölkənin qeyri-qanuni rəftarlarına və təhdidlərinə son qoya bilər.
İRİB-nin bildirdiyinə görə, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Heşmətullah Fəlahətpişə Moskvada Rusiya Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Leonid Slotski ilə görüşdə siyasi-təhlükəsizlik əməkdaşlıqlarının möhkəmləndirilməsinə təkid edərək, dedi: İran və Rusiyanın siyasi rəsmiləri və parlament üzvləri arasındakı davamlı məsləhətləşmələr və danışıqlar regionda sülh, sabitlik və təhlükəsizliyə kömək edə bilər.
Fəlahətpişə Tehran və Moskvanın Suriya böhranındakı əməkdaşlıqlarını digər sahələr üzrə əməkdaşlıqlar üçün də münasib nümunə adlandırdı.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri ABŞ-ın regionda terrorizmi himayə üzrə yanlış siyasətini tənqid edərək, dedi: ABŞ-ın yanlış qərarları regionda terrorizmin genişlənməsinə səbəb olub.