Apr 10, 2019 17:38 Asia/Baku
  • Sepah: Düşmənə unuda bilməyəcəyi dərs verəcəyik
    Sepah: Düşmənə unuda bilməyəcəyi dərs verəcəyik

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah ABŞ-ın bu qruma qarşı son hərəkətinə reaksiya olaraq bildirib: Keşikçilər Korpusu qarşılıqlı cavab strategiyasından istifadə edərək, lazım gələrsə, düşmənə unudulmaz, ibrətamiz və peşman edici dərslər verəcək.

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah çərşənbə günü bu qruma olan daxili və xarici dəstəkləri yüksək qiymətləndirərək, bildirib: Keşikçilər Korpusuna edilən mənalı və sonsuz dəstək ABŞ-ın avantürist hökumətinin atdığı addımların etibarsız olduğuna dəlalət edir. Və bu qrumun İslam İnqilabının əldə etdiyi nailiyyətlərin qorunması habelə, milli təhlükəsizliyin təmin edilməsində daşıdığı önəmli məsuliyyəti bir qədər də ağırlaşdırmış olub. 

Sepah-ın müraciətində həmçinin deyilir: ABŞ-ın qeyri-adi rəftarı Keşikçilər Korpusunu öz müdafiə və hücum potensialını habelə, regiondakı qüdrətini artırmaqda daha da qətiyyətli edibdir. 

ABŞ hökuməti bazar ertəsi günü İrana qarşı siyasətlərinin davamında habelə, himayəsində olan terrorçulara qarşı mübarizəyə zərbə vurmaq məqsədilə İranİslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adını terrorçu qruplar siyahısına daxil etdi. 

İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası da buna reaksiya olaraq ABŞ-ın Asiyanın qərbindəki baş qərargahını (US CENTCOM) və onun tabeliyində olan qüvvələri "terrorçu" elan etdi. 

Teqlər