Zərif: Amerikalıların Sepah-a qarşı axmaq hərəkəti İranı daha da birləşdirdi
Apr 10, 2019 19:09 Asia/Baku
-
Zərif: Amerikalıların Sepah-a qarşı axmaq hərəkəti İranı daha da birləşdirdi
İran İslam Respublikasının xarici işlər naziri dedi: Amerikalıların İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-a qarşı axmaq hərəkəti iranlılar arasında daha artıq birlik və həmrəyliyə səbəb oldu.
Məhəmməd Cavad Zərif çərşənbə günü İran İslam İnqilabı Keşikçilər Korpusu Sepah-ın yüksək səviyyəli komandanları ilə görüşün kənarında jurnalistlər qarşısında verdiyi açıqlamada dedi: Amerikalıların Sepah-a qarşı gülünc və ağılsız hərəkəti onların regionla bağlı siyasətlərinin iflasından xəbər verir.
Zərif Sepah-ın regionda məzlumların müdafiəsində öncül bir qüvvə olduğunu xatırladaraq, dedi: ABŞ başçılarını əsəbiləşdirən məsələ də elə budur.