Apr 11, 2019 09:11 Asia/Baku
  • Zərif: Əgər Sepah olmasaydı, İŞİD Avropayadək gedəcəkdi
    Zərif: Əgər Sepah olmasaydı, İŞİD Avropayadək gedəcəkdi

İran İslam Respublikasının xarici işlər naziri İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın İŞİD terrorçularının Avropa darvazalarına çatmaqda nakam qalmalarındakı rolunu mühüm və həyati adlandırıb.

Məhəmməd Cavad Zərif çərşənbə günü gecə 2016-cı il Amerika prezident seçkilərində Donald Trampın Hillari Klinton ilə debatının videosunu twitter-də yayaraq, bildirib: Donald Tramp bu videoda etiraf edib ki, İran Suriyada İŞİD-i məhv etməkdədir.

İran İslam Respublikasının xarici işlər naziri vurğulayıb: Əgər İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah İraq və Suriyanın şücaətli xalqlarının kənarında mübarizə aparmasaydı, İŞİD iki ərəb paytaxtını almış və bir terrorçu ordunu Avropanın darvazalarına göndərmişdi.

Amerika hökuməti bazar ertəsi günü terror qrupları ilə mübarizə yolu ilə Vaşinqtonu regiondakı hədəflərini irəlilətməkdə uğursuz qoymuş qüvvələrə təzyiq siyasəti və anti-İran hərəkətlərinin davamında İran İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ı üzdəniraq terror qrupları siyahısına saldı.

İran İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurası da Amerikanın bu hərəkətinə cavab olaraq, bu ölkənin Qərbi Asiya bölgəsindəki hərbi qüvvələri- SENTKOM(CENTCOM)-u və onun tabeliyində olan bütün qüvvələri "terrorçu qrup" kimi təqdim etdi.

Teqlər