Apr 12, 2019 15:01 Asia/Baku
  • Omanın seldən zərərçəkənlərə ikinci humanitar yardım yükü də İrana daxil oldu
    Omanın seldən zərərçəkənlərə ikinci humanitar yardım yükü də İrana daxil oldu

İranın Məsqətdəki səfiri Omanın seldən zərərçəkənlərə ikinci humanitar yardım yükünün də İrana daxil olmasından xəbər verdi.

İRNA-nın məlumatına görə, höccətülislam vəlmüslimin Məhəmmədrza Nuri Şahrudi dedi: Omanın İranda seldən zərərçəkənlərə yardımlarının davamında cümə axşamı 3 ədəd yük təyyarəsi vasitəsilə İrana humanitar yardım yükü göndərilib. Bu humanitar yardım yükü ərzaq məhsulları, xilasetmə vasitələri və xilasedici qayıqlardan ibarətdir. 

İranda yağan misilsiz mövsum yağışları ölkənin şimal, qərb və cənub məntəqələrində sel və daşqınlara səbəb olub. Sel və daşqınlar nəticəsində onlarla şəhərin su altında qalması külli miqdarda zərər və ziyana səbəb olmaqla yanaşı, onlarla insanın həyatını itirməsinə də səbəb olub. Rəsmi məlumatlara görə indiyə kimi sel və daşqınlarda 70 nəfər həyatını itirib. 

Teqlər