Tehranın müvəqqəti imam cüməsi: ABŞ-ın Sepah-a qarşı addımı beynəlxalq qanunlara ziddir
-
Tehranın müvəqqəti imam cüməsi: ABŞ-ın Sepah-a qarşı addımı beynəlxalq qanunlara ziddir
Tehranın müvəqqəti imam cüməsi ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-a qarşı son addımının beynəlxalq qanunlara zidd olduğunu dedi.
Bu gün cümə namazında İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın yuniformasında iştirak edən Tehranın müvəqqəti imam cüməsi Ayətullah Məhəmmədəli Müvəhhidi Kermani ABŞ-ın Sepah-ın adını terrorçu qruplar siyahısına daxil etməsini qınayaraq, dedi: ABŞ prezidenti Donald Trampın bu hərəkəti Asiyanın qərbində vəziyyəti daha da mürəkkəbləşdirir.
Ayədullah Müvəhhidi Kermani bütün dünya xalqlarının ABŞ-ın terrorçu qruplar yetişdirməklə məşğul olmasından xəbərdar olduğuna təkid edərək, dedi: Dünya ölkələrinin ABŞ-ın Sepah-la bağlı qərarına qarşı çıxması Vaşinqtonun bu hərəkətinin nəticəsiz qalacağına bir dəlalətdir.
Tehranın müvəqqəti imam cüməsi həmçinin, ABŞ-ın nə üçün Sepah-ın əlindən qəzəbli olduğuna işarə edərək, dedi: Sepah ABŞ-ın yetişdirdiyi terrorçu qrupları məhv etməklə Vaşinqtonun regionla bağlı planlarını alt-üst etdi.
Ayədullah Müvəhhidi Kermani ABŞ-ın regiondakı məğlubiyyətlərinin Trampı dəli etdiyini deyərək, əlavə etdi: Trampın 2018-ci ilin dekabrında İraqa olan məxfi səfəri sübut etdi ki, ABŞ regionda zəlil olub.
Tehranın müvəqqəti imam cüməsi İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın İslam İnqilabının nailiyyətlərini dağ kimi müdafiə etdiyini deyərək, əlavə etdi: Sepah öz raket qüdrəti ilə istədiyi an Təl-Əvivi yerlə yeksan edər.