Apr 12, 2019 16:44 Asia/Baku
  • İran xalqı İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-a dəstək yürüşündə iştirak etdi
    İran xalqı İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-a dəstək yürüşündə iştirak etdi

İran xalqı cümə namazında iştirak etdikdən sonra ölkə səviyyəsində yürüşlər təşkil edərək, İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-a dəstək nümayiş etdirdi.

İRİB-nin bildirdiyinə görə, İran xalqı bu yürüşdə ABŞ prezidenti Donald Trampın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ı terrorçu elan etməsini qınayıb.

İran xalqı yürüşün sonunda bir bəyanat yayaraq, İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın İslam İnqilabının nailiyyətlərini müdafiədəki qüdrətinin düşmənləri zəlil etdiyini vurğuladı.

Teqlər