Apr 14, 2019 09:55 Asia/Baku
  • Vaizi: ABŞ-ın rəftarı İran xalqının birliyi və həmrəyliyini daha da möhkəmləndirdi
    Vaizi: ABŞ-ın rəftarı İran xalqının birliyi və həmrəyliyini daha da möhkəmləndirdi

İran İslam Respublikası prezident administrasiyasının rəhbəri dedi: Amerikalıların İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-la bağlı axmaq hərəkəti İranda milli birlik və həmrəyliyi daha da möhkəmləndirdi.

İRNA-nın məlumatına görə, Mahmud Vaizi siyasi, iqtisadi və icraedici müdirlər ilə görüşdə ABŞ-ın İran xalqına qarşı düşmənçiliyinin tükənməz olduğunu deyərək, əlavə etdi: Amerikalıların bu kimi ağılsız hərəkətlərdə məqsədi İran xalqıilə İslam quruluşu arasında ixtilaf yaratmaqdır. Halbuki, ötən 40 ildə bu yolda heç bir uğur əldə edə bilməyiblər. 

İran İslam Respublikası prezident administrasiyasının rəhbəri həmçinin dedi: İslam quruluşu ilə düşmən olanlar müxtəlif zaman kəsimlərində təbliğat, psixoloji savaş və iqtisadi sanksiyalar ilə İranda ictimai sərmayəni azaltmağa çalışıblar. Amma, öz məqsədlərinə nail ola bilməyiblər. 

Teqlər