Musəvi: Zərifin təklifinin İngiltərə ilə əlaqəsi yoxdur
İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran xarici işlər nazirinin məhbusların mübadiləsi barədəki təklifi iranlı və amerikalı məhbsularla əlaqədardır. O, vurğulayıb: Bu təklifin ingilislərlə heç bir əlaqəsi yoxdur.
Seyyed Əbbas Musəvi dünən gecə medialarla müsahibədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən irəli sürülmüş iranlı və amerikalı məhbusların dəyişdirilməsi təklifi və ingilis rəsmilərin sözləri barədə belə deyib: İran xarici işlər nazirinin Nyu-Yorkda dediyi sözlər Amerikadakı iranlı məhbusların və ya Amerikanın tələbi ilə digər ölkələrdə həbs olunan kəslərin İrandakı bir neçə amerikalı cinayətkarla dəyişdirilməsinə aid olubdur.
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Ümumiyyətlə bu təklifin ingilislərlə və İran və İngiltərə vətəndaşlıqlarına malik olan bəzi kəslərin adlarının irəli sürülməsilə əlaqəsi yox idi, zira ingilis rəsmilərin nəzərdə tutduqları iş tamamilə fəqlidir və onun vəziyyətinin məsuliyyəti də İngiltərə hökumətinn üzərinə düşür.
İngiltərənin xarici işlər naziri Ceremi Hant İranın xarici işlər nazirinin Nyu-Yorkdakı təklifinə reaksiyada Zərifin təklifi ilə müxalifət edibdir.