OPEK-in baş katibi: İran neftindən imtina imkansızdır
Neft ixrac edən ölkələr təşkilatı OPEK-in baş katibi İran neftindən imtinanın imkansız olduğunu söyləyərək, dedi: OPEK-də birtərəfli baxışa yer yoxdur.
Neft ixrac edən ölkələr təşkilatı OPEK-in baş katibi Məhəmməd Sanusi Barkindo bu gün cümə axşamı Tehranda 24-cü Beynəlxalq Neft, Qaz, Neftayırma və Neft-kimya sərgisindəki mətbuat konfransının kənarında OPEK-in iki üzvünün İran neftini əvəz etmək iddiasına münasibət bildirərəkən dedi: OPEK kollektiv qərarlar qəbul edir və birtərəfli baxışa malik deyil. OPEK-in siyasəti katibliyin ekspertləri ilə məsləhətləşmək yolu ilə bütün üzvlərin bir-birinin kənarında və kollektiv şəkildə qərar qəbul etməsidir.
Barkindo son zamanlar İran neftinin satışına dair səsləndirilən təhdidlər haqda da dedi: İran neftinə gəlincə nazirlik və OPEK-in baş katibliyi səviyyəsində məsləhətləşmələr davam edir və mümkün olan bütün həll yolları araşdırılır.
OPEK-in baş katibi həmçinin dedi: İran məsələs ümumilikdə OPEK-in bütün fəaliyyətinə təsir buraxır və İranda, Venesuelada və Liviyada cərəyan edən hadisələr dünyanın neft bazarına təsir göstərir.