May 04, 2019 13:44 Asia/Baku
  • Ruhani: İran ilə istənilən düşmənçiliyin sonu məğlubiyyətdir
    Ruhani: İran ilə istənilən düşmənçiliyin sonu məğlubiyyətdir

İran İslam Respublikası prezidenti Düşmənin İrana qarşı fitnə planlarına işarə edərək, dedi: İran müqavimət, birlik və gələcəyə ümid ilə istənilən düşməni məğlub edəcək.

İran İslam Respublikası prezidenti Həsən Ruhani şənbə günü müəllim günü münasibətilə Tehranda keçirilən mərasimdə ABŞ-ın İrana qarşı təhdid və sanksiyalarda izlədiyi məqsədə işarə edərək, dedi: Region və dünyada təsir gücünə malik olan müstəqil İran ABŞ üçün dözülməzdir. 

Ruhani İslam İnqilabının əsasını müstəqillik təşkil etdiyini deyərək, əlavə etdi: ABŞ qanunsuz məqsədlərinə çatmaq üçün İranın  valyuta ehtiyatını azaltmağa çalışır. Amma, İran İslam Respublikası bu fitnə ilə mübarizə aparmaq üçün lazımi tədbirlər düşünüb. 

İran İslam Respublikası prezidenti daha sonra ABŞ-ın İrandan neft alan ölkələr üçün güzəştləri ləğv etməsinə işarə edərək, dedi: ABŞ-ın hazırkı hökuməti irqçi ifratçıların, sionistlərin və Ərəbistanın pulları hesabına öz planlarını həyata keçirir. 

ABŞ hökuməti 22 aprel 2019-cu ildə İrandan neft alan ölkələr üçün güzəştin vaxtını uzatmayacağını bildirdi. 

ABŞ dövlət katibi Mayk Pompeo bildirib: Ərəbistan və Birləşmiş Ərəb Əmirlikləri dünyanın neft bazarında neft çatışmazlığının yaranmasına icazə verməyəcəklərinə söz veriblər. 

Teqlər