İranın Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü: Boltonun hərbi-təhlükəsizlik anlayışı yoxdur
İranın Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ABŞ-ın bombardmançı təyyarələri və təyyarədaşıyan gəmisinin Fars Körfəzinə göndərilməsinə dair sözərinə reaksiyada dedi: Bolton hərbi-təhlükəsizlik məsələləri barədə anlayışa malik deyil və onun sözləri daha çox özünü göstərmək xarakteri daşıyır.
Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton ABŞ-ın İrana qarşı düşmənçilik siyasətlərinə təkidlərinin davamında ABŞ-ın təyyarədaşıyan gəmisi və bombardmançı təyyarələrinin Fars Körfəzinə göndərilməsindən xəbər verib.
İRNA-nın bildirdiyinə görə, Keyvan Xosrəvi buna reaksiya olaraq deyib: İran İslam Respublikası silahlı qüvvələrinin dəqiq izləmələrinə əsasən, ABŞ-ın təyyarədaşıyan gəmisi 21 gün öncə Aralıq dənizinə daxil olub və Boltonun sözləri yanmış bir hadisədən psixoloji savaş üçun sui-istifadə cəhdindən başqa bir şey deyil.
İranın Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü daha sonra ABŞ ordusunun regiondakı böhranlar qarşısında ardıcıl məğlubiyyətə düçar olduğuna işarə edərək, dedi: ABŞ komandanlarının İranın silahlı qüvvələrinin gücünü sınamaq istəəcəklərini düşünmürəm.