May 08, 2019 11:10 Asia/Baku
  • İranın nüvə anlaşmasındakı bəzi addımları dayandırıldı
    İranın nüvə anlaşmasındakı bəzi addımları dayandırıldı

İranın Ali Milli Təhlükəsizlik Şurası nüvə anlaşmasına üzv ölkələrə xitabən yaydığı bəyanatda vurğulayıb: İran öz milli maraqları və təhlükəsizliyinin qorunması və nüvə anlaşmasının 26 və 36-cı bəndlərində dərc olunmuş hüquqlarının tətbiqi istiqamətində bu gündən etibarən, nüvə anlaşmasındakı bəzi addımlarını dayandırır.

İranın Ali Milli Təhlükəsizlik Şurası bu bəyanatda bildirib: İran ötən bir il boyu və Amerikanın nüvə anlaşmasından qanunsuz çıxmasından və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarlarını pozmasından sonra son dərəcə təmkinlilik göstərdi və nüvə analaşmasının digər üzvlərinin xahişlərinə əsasən, onlara diqqətəlayiq fürsət verdi.

İranın Ali Milli Təhlükəsizlik Şurası bu bəyanatda nüvə anlaşmasında qalan digər ölkələrə xüsusən bank və neft sahələrində öz öhdəliklərini yerinə yetirmələri üçün 60 gün fürsət verdi və belə vurğuladı: İranın tələblərinin təmin olunacağı hər bir zamanda Tehran da həmin miqdarda özünün dayandırılmış öhdəliklərinin yenidən icrasını bərpa edəcəkdir. Amma əks təqdirdə, İran etaplarla digər öhdəliklərini də dayandıracaqdır.

Bəyanatda əlavə edilir: İran hazırkı mərhələdə daha özünü zənginləşdirilmiş uran və ağır su ehtiyatlarının saxlanılması ilə bağlı məhdudiyyətlərə riayət etməyə borclu bilmir.

Bəyanatın davamında deyilir: İranın nüvə anlaşmasında qalan ölkələrə verdiyi 60 günlük möhlətdə bu ölkələr İranın tələblərini təmin edə bilməzlərsə, sonrakı mərhələdə İran uran zənginləşdirilməsi səviyyəsi və Ərak ağır su reaktorunun modernləşdirilməsi ilə bağlı məhdudiyyətlərə riayət etməyi də dayandıracaqdır.

İranın Ali Milli Təhlükəsizlik Şurası vurğulayıb: İran nüvə anlaşmasında qalan ölkələrlə məşvərətlərini bütün səviyyələrdə davam etdirməyə hazırdır, amma hər hansı məsuliyyətsiz hərəkət, o cümlədən məsələnin Təhlükəsizlik Şurasına göndəriləcəyi və ya daha artıq sanksiyaların tətbiq ediləcəyi təqdirdə, qətiyyətli və sürətli reaksiya göstərəcəkdir.

 

 

 

Teqlər