Türkiyənin İranda seldən zərərçəkənlərə üçüncü yardım yükü daxil oldu
https://azeri.sahartv.ir/news/İran-i340124-türkiyənin_İranda_seldən_zərərçəkənlərə_üçüncü_yardım_yükü_daxil_oldu
Türkiyənin İranda seldən zərərçəkənlərə üçüncü yardım yükü Bazərqan gömrüyü vasitəsilə İrana daxil oldu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2019 06:22 Asia/Baku
  • Türkiyənin İranda seldən zərərçəkənlərə üçüncü yardım yükü daxil oldu

Türkiyənin İranda seldən zərərçəkənlərə üçüncü yardım yükü Bazərqan gömrüyü vasitəsilə İrana daxil oldu.

İRNA-nın bildirdiyinə görə, Türkiyənin üçüncü humanitar yardım yükü tezliklə seldən zərərçəkənlər arasında paylanılması üçün İranın Qırmızı Aypara Cəmiyyətinə təhvil veriləcək. Bu yardım yükü paltar, ayaqqabı, mətbəx qabları və palazdan ibarətdir. 

Türkiyə bundan öncə İranda seldən zərərçəkənlərə 2 humanitar yardım yükü göndərib. Bu yardım yükləri odeyal, çadır, sanitariya ləvazimatları və qablardan ibarət olub. 

İranda misilsiz yağıntılar ölkənin şimal, qərb və cənubunda sel və daşqınlara səbəb olub. Nəticədə insan tələfatı ilə yanaşı böyük maddi zərər və ziyanlar da dəyib. 

Seldən zərərçəkənlərin təcili olaraq məskunlaşdırılması  prosesi və onlara yardımların göstərilməsi prosesi davam edir. 

İranın Məhkəmə Tibbi Ekspertizası indiyə kimi 76 nəfərin sel nəticəsində həyatını itirdiyini elan edib.