İran xarici işlər naziri Yaponiyaya səfər etdi
May 15, 2019 18:17 Asia/Baku
İran İslam Respublikasının xarici işlər naziri Yaponiya rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün bu ölkənin paytaxtı Tokioya səfər edib.
Məhəmməd Cavad Zərif cümə axşamı Yaponiyanın baş naziri ilə görüşüb, danışıqlar aparacaq.
İranın xarici işlər naziri Yaponiyaya səfər etməzdən öncə yüksək səviyyəli siyasi-iqtisadi heyətin başında Türkmənistan və Hindistana səfər edərək, bu ölkələrin yüksək səviyyəli rəsmiləri ilə görüşüb.