Musəvi: Təcavüzkar səud koalisiyasının himayədarları cavabdeh olmalıdırlar
-
Musəvi: Təcavüzkar səud koalisiyasının himayədarları cavabdeh olmalıdırlar
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü səud koalisiyasının Yəmənin paytaxtı Səna şəhərində yaşayış massivlərini bombalamasını pisləyib.
Səud koalisiyası qırıcılarının dünən Sənaya qarşı hücumlarında dördü uşaq olmaqla bir ailənin altı üzvüq həlak olub. Həmçinin 27 uşaq, 17 qadın və onlarla digər Yəmən vətəndaşı yaralanıbdır.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Musəvi bu gün, Mübarək Ramazan ayında həyata keçirilmiş bu hava hücumu qurbanlarının ailələrinin kədəri ilə bölüşərək, əlavə edib: İran İslam Respublikası beynəlxalq və insan haqları təşkilatlarından istəyir ki, öz məsuliyyətlərinə əməl edərək, mümkün olan hər bir yolla bu cinayətlərin təkrarlanmasının qarşısını alsınlar.
Musəvi vurğulayıb: Yəmənə təcavüz etmiş qüvvələrə dəstək verən ölkələr təcavüzkar səud koalisiyasına məhvedici silahlar və bombalar verərək, bu cinayətlərə şərikdirlər və cavabdeh olmalıdırlar.
Ərəbistan və əmirliklər 2015-ci ildə Amerikanın köməyilə bir neçə ərəb ölkəsindən təşkil olunmuş koalisiya formasında ən yoxsul ərəb ölkəsi olan Yəmənə qarşı geniş hücumlara başladılar ki, özlərinin regiondakı siyasi tamahkarlıqları və hədəflərinə çatsınlar.
Təcavüzkar səud koalisiyası və onların müttəfiqləri Yəmənin infrastrukturlarını məhv və minlərlə mülkini qırğın etdikdən sonra bu ölkə xalqının müqavimətinə görə, öz tamahkarcasına məqsədlərinə çata bilməyiblər.