May 21, 2019 18:54 Asia/Baku
  • İranın səhiyyə naziri: Dünya ABŞ-ı məsuliyyətə cəlb etməlidir
    İranın səhiyyə naziri: Dünya ABŞ-ı məsuliyyətə cəlb etməlidir

İran İslam Respublikasının səhiyyə naziri ABŞ-ın İran əleyhinə sanksiyalarının dərman və tibb ləvazimatlarına ehtiyaclı olan günahsız insanlara ciddi zərbə vurduğunu söyləyərək, dedi: Dünya ictimaiyyəti ABŞ qarşısında tələbkar olmalı və onu məsuliyyətə cəlb etməlidir.

İRİB-nin bildirdiyinə görə, İranın səhiyyə naziri Səid Nəməki Ümumdünya Səhiyyə Assambleyasının 72-ci iclasında iştirak etmək üçün Cenevrəyə olan səfəri zamanı, bu iclasda deyib: Biz dünya ictimaiyyətindən ABŞ-ı intensiv olaraq qeyri-qanuni şəkildə "bəşəriyyət əleyhinə cinayət" törətməsinə görə məsuliyyətə cəlb etməsini istəyirik.

Nəmki İranın Səhiyyə Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatının birgə hesabatına işarə edərək, dedi: Buna baxmayaraq, ABŞ-ın birtərəfli və zalımcasına olan sanksiyaları ölkədə əhalinin modern və müasir tibb avadanlıqları və imkanlarından faydalanmasına imkan vermir. Bu da insanların xəstəlikdən əziyyət çəkməsinə səbəb olur.Və bunun mənfi təsirləri olacaq.

Teqlər