May 24, 2019 13:37 Asia/Baku
  • Zərif - İmranxan görüşü; İran - Pakistan əməkdaşlıqlarına təkid

İran İslam Respublikasının xarici işlər naziri və Pakistanın baş naziri ikitərəfli əlaqələrin bütün sahələr üzrə inkişaf etdirilməsinə təkdi etdiklər.

İranın xaricii şlər naziri Məhəmməd Cavad Zərif İslamabada olan səfərinin davamında bu gün cümə Pakistanın baş naziri İmran Xan ilə görüşüdə dedi: İkitərəfli əlaqələrin genişləndirilməsi xüsusilə İranın Çabəhra limanı ilə Pakistanın Qvadar limanı arasında əlaqənin yaradılması və bu iki limanın potensiallarından istifadənin edilməsi hər iki xalqın maraqlarının təmin edilməsi üçün zəruridir. 

Pakistanın baş naziri İmran Xan da aprel ayında İrana olan səfərinə işarə edərək, İslamabadın Tehran ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb və deyib: Region ölkələri və İslam dövlətləri arasında sülh və əməkdaşlıq böyek önəm kəsb edir. 

İranın xarici işlər naziri Pakistanın xarici işlər naziri Şah Mahmud Qüreyşi və Pakistan ordusu quru qoşunları komandanı Qamar Cavid Bacva ilə də görüşüb, danışıqlar aparıb. 

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Asiya ölkələrinə səfərinin davamında cümə axşamı İslamabada səfər edib. 

İranın xarici işlər naziri 12 may 2019-cu il tarixində Asiya turnesi çərçivəsində Türkmənistan, Hindistan, Yaponiya və Çinə səfər etmişdi. 

Teqlər