İran parlamentinni üzvləri: Sionist rejimin sonu üçün geri sayım başlayıb
İran İslam Şurası Məclisinin bir qrup üzvü ümumdünya qüds günü ərəfəsində bir bəyanat yayaraq, bildiriblər: sionist rejimin ömrünün sona çatması üzrə geri sayım başlanıb və bu rejimin sonu məhv olacaq.
İran İslam Şurası məclisinin üzvləri bu gün bazar bir bəyanat yayaraq, sionist rejimin fələstinlilərə qarşı cinayətlərini pisləyib və deyiblər: Bu gün hər zaman olduğundan daha güclü olan müqavimət cəbhəsi sionist rejimin kitabını bağlayacaq.
Bu bəyanatda deyilir. Əsrin anlaşmasına dair təbliğatlar və siyasi oyunlar, ABŞ səfirliyinin Qüdsə köçürülməsi, Cövlanın işğalını rəsmən tanımaq və İran islam inqilabı keşikçiləri korpusu Sepahı terrorçu adlandırmaq sonu olmayan çirkin əməllərdir.
İran İslam Şurası Məclisinin üzvləri həmçinin, Fələstin xalqını hərtərəfli formada himayə etdiklərini elan edərək. bildiriblər: Müsəlmanlar tezliklə Əl-Əqsa məscidində vəhdət namazı qılacaqlar.
Ramazan ayının sonuncu cüməsi İran İslam Respublikasının banisi İmam Xomeyni(rə) tərəfindən ümumdünya Qüds günü elan olunub.