İraqçı: Region ölkələri Amerikanın təhdidləri ilə bağlı sayıq olmalıdırlar
İran xarici işlər nazirinin siyasi müavini deyib: Amerikanın İrana qarşı sanksiya siyasəti bütün region təhlükəsizlyini xətərə salıb və region ölkələri bu təhdidlə bağlı sayıq olmalıdırlar.
İran xarici işlər nazirinin siyasi müavini Seyyed Əbbas İraqçı bu gün Küveytin baş nazir müavini və xarici işlər naziri Şeyx Səbah Xalid əl-Həməd Ali-Səbah ilə görüşdə İran İslam Respublikasının mühüm Fars Körfəzi regionunda sülh və sabitliyin bərqərarına dair prinsipial siyasətinə işarə edərək, əlavə edib: Təhlükəsizlik vahid və bölünməz bir anlamdır və siyasi və iqtisadi hövzələri eyni zamanda əhatə edir.
İraqçı İran İslam Respublikasının regional olaylar qarşısındakı məsuliyyətli münasibətinə işarə edərək, deyib: Region ölkələrilə dialoq və məşvərət İranın xarici siyasətinin əsaslarından olub və bu əsasda İran İslam Respublikası regional mexanizmlərin yaradılması yolu ilə bu ölkələrlə konstruktiv anlaşma və dialoqa daxil olmağa hazırdır.
Küveytin baş nazir müavini və xarici işlər naziri də İran xarici işlər nazirinin siyasi müavinini salamlayaraq, regionun hazırkı durumuna işarə edib. O, qonşu ölkələr arasında məşvərət və dialoqun davam etməsinə təkid edib.
İran xarici işlər nazirinin siyasi müavini Seyyed Əbbas İraqçı öz regional səfərinin davamında bu gün Küveytə daxil olubdur.