May 31, 2019 13:16 Asia/Baku
  • İran rəsmiləri Fələstin xalqının ideallarını himayəyə təkid etdilər

İran İslam Respublikası rəsmiləri bu gün cümə Qüds günü yürüşündə iştirak edərək, Fələstin xalqının ideallarının reallaşmasına təkid etdilər.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün cümə Tehranda Qüds günü yürüşü iştirakçılarına qatılaraq, Qüds gününü İslam İnqilabı tarixində son dərəcə önəmli gün adlandırdı. Qüds gününü dünya müsəlmanlarının təcavüzkarlar ilə üzləşdiyi gün adlandıran İran prezidenti "Əsrin anlaşması" adlı planın "Əsrin fiaskosu"na çevriləcəyini və nəticəsiz olacağını dedi. 

Həsən Ruhani həmçinin dedi: Qüds gününün müraciəti Fələstinin əbədi və Qüdsün müsəlmanlara məxsus olduğuna təkiddir. 

İranın Rəhbərlik Xübrəqanı Məclisinin sədri Ayətullah Cənnəti də Qüds günü yürüşündə iştirak edərək, dedi: Bu yürüşün müraciəti Amerikaya ölüm və İsrailə ölümdür. 

İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Seyid İbrahim Rəisi də Qüdsün azad edilməsi məsələsini İslam dünyasının başlıca məsələsi adlandırdı və dedi: Qüds məsələsi hegemonçular və zalımlar qarşısında müqavimət və mübarizə simvoludur. 

İran İslam Şurası Məclisinin sədri Əli Laricani də Tehranda Qüds yürüşü iştirakçılarına qatılaraq, Qüds günü yürüşündə çoxsaylı iştirakı Fələstin xalqını müdafiə etmək üçün önəmli dayaq adlandırdı və dedi: Amerikalıların regiondakı iştirakı və müsəlmanları repressiya etməsi müqavimət cərəyanının güclənməsinə səbəb olub. 

Vitse-prezident İshaq Cahangiri də Qüds günü yürüşündə iştirak edərək, dedi: Xalqın Qüds günü yürüşündə geniş iştirakı ilə "Əsrin anlaşması" planı iflasa uğramış olacaq. Ərəb başçıları isə həmişəlik olaraq rüsvay olacaqlar. 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də Qüds yürüşü iştirakçıları arasında dedi: Bu günün müraciəti "Əsrin anlaşması"nı "Əsrin məğlubiyyəti"nə çevirməkdir. 

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandan əvəzi general Əli Fədəvi də Qüds günü yürüşünün kənarnda dedi: Sİonist rejimin var olduğu zamana kimi Fələstin xalqına dəstək davam edəcək. 

İranın mədəniyyət və islami maarifləndirmə naziri seyid Abbas Salehi də Qüds günü yürüşündə iştirak edərək, Qüds gününü İranın ABŞ-ın təhdidlərinə möhkəm cavabı adlandırdı və dedi:  Bu ilki Qüds günü də regional və beynəlxalq məsələlər habelə, Fələstin xalqı ilə həmrəylik baxımından önəmli gündür. 

Ümumdünya Qüds günü yürüşü bu gün İranda 950 şəhərdə "Qüds günü, Əsrin anlaşmasının məğlubiyyəti, Fələstin ideallarının gerçəkləşməsi" şüarı ilə keçirildi. 

Teqlər