İyun 05, 2019 13:50 Asia/Baku
  • İnqilab Rəhbəri: İslam ölkələri qəsbkar düşmənin Fələstindəki cinayətkarcasına iştirakı qarşısında sıraya düzülməlidirlər
    İnqilab Rəhbəri: İslam ölkələri qəsbkar düşmənin Fələstindəki cinayətkarcasına iştirakı qarşısında sıraya düzülməlidirlər

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: İslam ölkələri bir-birilərinin qarşısında dayanmaq yerinə, qəsbkar düşmənin Fələstindəki cinayətkarcasına iştirakı qarşısında sıraya düzülməlidirlər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün quruluşun rəsmi şəxslərindən bir qrupu, İslam ölkələrinin səfirləri və İran xalqının müxtəlif təbəqələri ilə görüşdə səadətli fitir bayramını təbrik edərək, Fələstin məsələsini İslam Dünyasının bir nömrəli məsələsi adlandırıblar. O həzrət ABŞ-ın və sionist rejimin məqsədləri istiqamətində səy göstərən bəzi islami ölkələri tənqid ediblər.

Həzrət Ayətullahuluzma Xamenei deyiblər: İran İslam Respublikasının baxışı “yəhudiləri dənizə tökmək lazımdır” qənaətində olan bəzi qədimki ərəb rəhbərlərinin baxışlarının əksinə olaraq belə deyildir. İran İslam Respublikası elə əvvəldən Fələstin xalqını müdafiəyə təkid etdi və zalımlar dünyasının qarşısında dayandı və bu müqaviməti davam etdirəcəkdir.

İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikasının Fələstinin hökumət quruluşunun çərçivəsi barədə bu ölkənin müsəlman, xristian və yəhudi sakinlərinin, eləcə də fələstinli didərginlərin nəzərlərinin öyrənilməsinə dair təklifini xatırladaraq, vurğulayıblar:  Fələstin xalqının mübarizəsi həmin günədək və qəsbkarların bu xalqa təslim olacaqları zamanadək hərbi, siyasi və mədəni miqyaslarda davam etməlidir.

Həzrət Ayətullahuluzma Xamenei təfriqə salmaq və sionist rejimlə saziş etmək ardınca olan bəzi İslam ölkələrinə, seçdikləri yanlış yoldan tövbə etmələrini tövsiyə edərək, vurğulayıblar: Nə üçün Liviya kimi islami bir ölkədə iki qrup bir-birinin qarşısında dayanaraq, bir-birinin qanını töksün və nə üçün İslam iddiasında olan bir ölkə Yəmən xalqını və bu ölkənin infrastrukturlarını bombardman edərək, düşmənlərin istəkləri və nəzərləri əsasında hərəkət etmiş olsun?

Fitir bayramının mesajının islami ölkələrin birliyi və həmrəyliyi, həmçinin “Müsəlman Ümmət” məzmununa qayıdış oldğunu bəyan edən Həzrət Ayətullahuluzma Xamenei bildiriblər: İslam Dünyasının bugünkü problemlərinin əlacı, Qurani-Kərimin istəklərinə qayıdışdır və müsəlman ziyalılar və din alimləri bu istəyin həyata keçməsi üzrə ikiqat vəzifəyə malikdirlər.

 

Teqlər