Moskvada İslam İnqilabının öyrənilməsi üzrə elmi konfrans keçirilib
https://azeri.sahartv.ir/news/İran-i342007-moskvada_İslam_İnqilabının_öyrənilməsi_üzrə_elmi_konfrans_keçirilib
Moskvada İran və Rusiya mütəfəkkirlərindən bir qrupunun iştirakı ilə İmam Xomeyni(r.ə)-in təfəkkürləri spektrində İslam İnqilabının yenidən öyrənilməsi üzrə ilk elmi konfrans keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 07, 2019 09:30 Asia/Baku
  • Moskvada İslam İnqilabının öyrənilməsi üzrə elmi konfrans keçirilib

Moskvada İran və Rusiya mütəfəkkirlərindən bir qrupunun iştirakı ilə İmam Xomeyni(r.ə)-in təfəkkürləri spektrində İslam İnqilabının yenidən öyrənilməsi üzrə ilk elmi konfrans keçirilib.

İran İslam Respublikasının Rusiyadakı səfiri Mehdi Sənayi və İranın nazirlər kabinetinin katibi Haci Mirzayinin də iştirak etdikləri bu konfransda iştirakçılar Həzrət İmam Xomeyni(r.ə)-in İslam İnqilabının formalaşmasındakı təfəkkürü və rəhbərliyini, həmçinin o həzrətin elmi, siyasi və dini şəxsiyyətinin miqyaslarını bəyan ediblər.

Slavyan Beynəlxalq Şurasının sədri Sergey Baburin, “Zavtra” qəzetinin direktoru Aleksandr Proxanov, Rusiya Din İşləri İdarəsinin Asiya Bölməsinin rəhbəri Nafiullah Həzrət Aşirov, sosial aktivist Maksim Şevçenko, Rusiya və İslam Dünyası Araşdırmalar İnstitutunun direktoru Şamil Sultanov, Rusiya Jurnalistlər Birliyinin katibi Timur Sefir və Sivilizasiyaların İştirakı İnstitutunun direktoru Mixail Zenin bu elmi konfransının rusiyalı iştirakçılarından olublar.

Moskva üzrə İslami Mərkəzin direktoru höccətulislam Əkbəri Ceddi, İran İslam Respublikasının Rusiyadakı səfirliyinin mədəniyyət attaşesi cənab Soleymani və Moskvadakı İslami Araşdırmalar Fondunun sədri Hadoy bu toplantının digər natiqlərindən olublar.