İyun 09, 2019 13:12 Asia/Baku
  • İranda
    İranda "15 xordad" tipli modern HHM sisteminin təqdimatı olub

Bu gün Tehranda iranlı alilmlər və mütəxəssislərin düzəltdikləri "15 xordad" tipli hava hücumundan müdafiə sisteminin təqdimatı olub.

İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi bu gün "15 xordad" tipli modern hava hücumundan müdafiə sisteminin təqdimatı mərasimində deyib: Bu sistem hücumçu qırıcı və pilotsuzları 150 kilometrlik məsafədə aşkar edərək, onları 120 kilometr məsafəyədək izləyə bilər.

General Hatəmi söyləyib: "15 xordad" tipli modern zenit raket sistemi həmçinin gizlənən hədəfləri 85 kilometlrik məsafədə aşkar etmək və onları 45 kilometrlik məsafədə vurmaq qabiliyyətinə malikdir.

İranın müdafiə naziri bu sistemin digər qabarıq xüsusiyyətini onun hədəfəalma xüsusiyyəti adlandırıb və belə əlavə edib: "15 xordad" tipli zenit raket sistemi eyni vaxtda altı hədəfi aşkar edə və izləyə, habelə altı hədəfə qarşı atış və məhvetmə əməliyyatını həyata keçirə bilər.

"İran öz müdafiə qabiliyyətini artırmaq üçün bir kəsdən icazə almır" deyən general Hatəmi əlavə edib: İran ətrafındakı ölkələrdə yerləşmiş regiondankənar qüvvələrin çoxlu sayda bazalarının mövcud olmalarına görə, "15 xordad" kimi modern, təchiz olunmuş və kəsərli bir zenit raket sistemi düşmənlərin hava və raket təhdidləri qarşısında İslami İranı qoruya bilər.

Teqlər