Yaponiya xarici işlər naziri Zəriflə görüşüb
İyun 12, 2019 15:29 Asia/Baku
Yaponiya xarici işlər naziri bu gün Tehranda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.
Yaponiya xarici işlər naziri Tara Kono İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşdə Yaponiya baş nazirinin Tehran səfəri, ikitərəfli əlaqələr, nüvə anlaşmasının son durumu, həmçinin regional və beynəlxalq olaylar ətrafında fikir mübadiləsi aparıb.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani axşam Yaponiyanın baş naziri ilə də görüşməlidir.