İyun 12, 2019 20:23 Asia/Baku
  • amerikalıların
    amerikalıların

İranın xarici işlər naziri ABŞ hökumətinin İran xalqına qarşı iqtisadi terrorizmi və savaşına işarə edərək, deyib ki, İran hər gün amerikalıların təbliğatları və nifrətyaymaları ilə üzləşir.

Məhəmməd Cavad Zərif bu gün Tehranda Yaponiyanın xarici işlər naziri Taro Kono ilə görüşünün ilk turunda əlavə edib: İran bu çətin şəraitdə öz xalqının rifahı və asayişi üçün neftə söykənməyən maliyyə siyasətləri və büdcənin yenidən nəzərdən keçirilməsi daxil olmaqla müxtəlif həll yolları tapacaqdır.

Zərif İran və Yaponiyanın qədim əlaqələrinə və iki ölkənin doxsanillik diplomatik əlaqələrinə toxunaraq, bildirib ki, Yaponiya siyasi, iqtisadi və mədəni sahələrdə İranın dostu və yaxşı şərikidir.

Yaponiyanın xarici işlər naziri Taro Kono da bu görüşdə İranda olmasından məmnunluq ifadə edərək, deyib: Yaponiyanın baş naziri Şinzo Abenin İrana səfəri, dost və tarixi bir ölkəyə səfərdir.

Kono İranın regionda mühüm ölkə olduğunu bildirərək, deyib: Mühüm Qərbi Asiya bölgəsində gərginlik hər nə qədər az olarsa, hamının xeyrinə olar.

Teqlər