İyun 19, 2019 08:22 Asia/Baku
  • Amerika heç bir prinsip və müzakirəyə sadiq deyil
    Amerika heç bir prinsip və müzakirəyə sadiq deyil

İranın birinci vitse-prezidenti deyib: Amerika İranı sanksiya etməklə sübut edibdir ki, heç bir prinsip və müzakirəyə sadiq deyildir.

İranın birinci vitse-prezidenti Eshaq Cəhangiri Zəncan şəhərində əlavə edib: Bu gün düşmən aldatma yolu ilə İrana qarşı savaşa girib və İran İslam Respublikası keçmişdən bugünədək sübut edibdir ki, zorakı sözə təslim olmur.

Cəhangiri həmçinin Zəncan vilayətinin müqavimət iqtisadiyyatı qərargahının iclasında söyləyib: Amerika İrana qarşı birtərəfli sanksiyalarla yalnız İran iqtisadiyyatını qarışdırmağı qarşısına məqsəd qoyubdur.

İranın birinci vitse-prezidenti vurğulayıb: İran İslam Respublikası bütün təzyiq və sanksiyalara rəğmən, xoşbəxtlikdən, xarici borca malik deyil və digər ölkələrə nisbətən daha çox maliyyələrə malikdir və bu əsasda yeni gəlir mənbələri yaratmalıdır.

Cəhangiri deyib: İran güclü, böyük, tarixi keçmişə malik, zəngin mədəniyyət və sivilizasiyalı bir ölkədir və bu mahiyyət və keçmişini müdafiə etməlidir.

Teqlər