İran parlamentinin üzvləri ABŞ-ın casusluq PUA-nın vurulmasına dəstək veriblər
https://azeri.sahartv.ir/news/İran-i342932-İran_parlamentinin_üzvləri_abŞ_ın_casusluq_pua_nın_vurulmasına_dəstək_veriblər
İran İslam Şurası Məclisinin üzvləri İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Amerikanın casusluq pilotsuzunu vurmaq üzrə addımını himayə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2019 12:22 Asia/Baku
  • İran parlamentinin üzvləri ABŞ-ın casusluq PUA-nın vurulmasına dəstək veriblər
    İran parlamentinin üzvləri ABŞ-ın casusluq PUA-nın vurulmasına dəstək veriblər

İran İslam Şurası Məclisinin üzvləri İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Amerikanın casusluq pilotsuzunu vurmaq üzrə addımını himayə ediblər.

İran İslam Şurası Məclisinin üzvləri bu gün bir bəyanatda bildiriblər: Amerikanın casusluq pilotsuzunun vurulması psixoloji savaş parametrlərini pozdu və daha heç bir təcavüzkar uçan aparat İran səmasına soxulmaq qüdrətinə malik deyildir.

Bu bəyanat dünyanın baş hərbi analitiklərinin İranın müdafiə gücü barədəki etiraflarına işarə edərək, əlavə edir: İran düşmənlərlə mübarizə məqsədilə müdafiə və hücum təchizatları üzrə özünəistinadlı məhsulları və hərbi strategiyanı davam etdirəcəkdir.

İran İslam Şurası Məclisinin üzvləri həmçinin Amerikaya və onu himayə edən digər ölkələrə tövsiyə ediblər ki, öz keçmiş səhvlərinə son qoysunlar.