İranın şimal-qərbində bir terrorçu öldürülüb
-
İranın şimal-qərbində bir terrorçu öldürülüb
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının Həmzeyi Seyyeduşşuhəda(ə) qərargahının ictimai əlaqələr bölməsi İranın şimal-qərbində yerləşən Çaldıran məntəqəsində bir terrorçunun öldürülməsindən xəbər verib.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının Həmzeyi Seyyeduşşuhəda(ə) qərargahının ictimai əlaqələr bölməsi bu gün bir məlumatada bildirib: Bazar günü axşamçağı İran sərhədlərinin içərilərinə soxulmaq niyyətində olan dünya imperializminin tabeliyində olan bir əks-inqilabçı terror dəstəsi Qərbi Azərbaycan vilayətinin Çaldıran məntəqəsində İranın təhlükəsizlik qüvvələri tərəfindən izlənilərək, aşkar edilibdir.
Bu məlumatda sonra deyilir: Bu terror dəstəsinin İranın təhlükəsizlik qüvvələri ilə toqquşmasında bir terrorçu öldürülüb, iki nəfər yaralanıb və bir nəfər də həbs olunubdur.
Məlumatın davamında deyilir: Bu toqquşmada nəzərəçarpacaq miqdarda silah, təchizat, sursat və rabitə sistemi də terrorçulardan tutularaq, müsadirə edilibdir.