"Fəal müqavimət" strategiyası bütün təhdidlərin padzəhəridir
https://azeri.sahartv.ir/news/İran-i343645-fəal_müqavimət_strategiyası_bütün_təhdidlərin_padzəhəridir
İranın Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Amerika prezidentinin son hədəsinə reaksiyada deyib: Diplomatiya və sancma təzadlı ifadələr olaraq, təkcə trampizm məktəbində anlam kəsb edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2019 13:20 Asia/Baku
  • "Fəal müqavimət" strategiyası bütün təhdidlərin padzəhəridir

İranın Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Amerika prezidentinin son hədəsinə reaksiyada deyib: Diplomatiya və sancma təzadlı ifadələr olaraq, təkcə trampizm məktəbində anlam kəsb edir.

ABŞ prezidenti Donald Tramp dünən gecə twitter-də İran İslam Respublikası prezidentinin İranın nüvə anlaşmasındakı öhdəliklərinin azaldılmasının ikinci addımı barədəki sözlərini "yeni təhdid" adlandıraraq, iddia edib ki, bu təhdid sonda İranın özünə qayıdacaqdır.

İranın Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Keyvan Xosrəvi Trampın hədəsinə reaksiyada deyib: Amerika bundan öncə təkvektorluluq strategiyası və beynəlxalq müahidələrdən çıxmaqla dialoq və diplomatiya məntiqini sancaraq, beynəlxalq təhlükəsizliyi yaralayıbdır.

Xosrəvi əlavə edib: 40 ildir ki, Amerika İran xalqını sancır, amma "fəal müqavimət" padsəhəri hələ də İslami İranı möhkəm və ümidvar şəkildə irəli aparmaqdadır.