İyul 05, 2019 08:03 Asia/Baku
  • İranın iki beynəlxalq irsinin YUNESKO tərəfindən saxlanılması xəbəri təsdiq olunub

BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı- YUNESKO-nun beynəlxalq irs komitəsi dünən özünün Bakıda keçirilən 43-cü konfransında İranın iki beynəlxalq irsinin YUNESKO tərəfindən saxlanılması xəbərini təsdiq edib.

YUNESKO-nun beynəlxalq irs komitəsi dünən Bakı iclasında İranın mədəni irs, əl işləri sənayesi və turizm təşkilatının "İsfahandakı İmam meydanı" və "Fars Sasani Arxeoloji Perspektivi"nin saxlanılmasının durumu barədəki hesabatını təsdiq edib.

YUNESKO-nun beynəlxalq irs mərkəzinin qanunlarına əsasən, ölkələr bu beynəlxalq təşkilatın beynəlxalq irsləri siyahısında qeydə alınmış tarixi və təbii abidələrin qorunmasının vəziyyəti barədə məlumat verməlidirlər.

"İsfahandakı İmam meydanı" kompleksi Birinci Şah Abbas Səfəvi zamanından qalmış abidələrdəndir və bu meydanın hər tərəfini ikimərtəbəli binalar əhatə edibdir ki, onların hər biri iranlıların səfəvilər dövründəki mədəni-ictimai həyat səpkisinə bir dəlil sayılır. İmam meydanı və onun ətrafındakı binalar 1979-cu ildə YUNESKO-nun beynəlxalq irsi kimi təqdim olunaraq, qeydə alınıbdır.

Fars vilayətinin cənub-şərqindəki üç şəhrestanda, o cümlədən Firuzabad, Bişapur və Sərvestandakı yeddi arxeolojji sayt kompleksi saraylara və şəhər strukturlarına şamil olur və onun tarixi, Sasani imperiyası dövrünə qayıdır.

Bu tarixi və mədəni kompleks 2018-ci ildə İranın 23-cü beynəlxalq irsi kimi YUNESKO-da qeydə alınıbdır.

Teqlər