İraqın baş naziri Tehrana daxil olub
İyul 22, 2019 20:08 Asia/Baku
İraqın baş naziri Adil Əbdulməhdi bir nümayəndə heyəti ilə Tehrana daxil olub.
İraqın baş naziri Adil Əbdulməhdi İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşərək, onunla regional və beynəlxalq məsələlər barədə danışıb.
Bu, Adil Əbdulməhdinin baş nazir kimi Tehrana ikinci səfəridir. O, 2019-cu il aprelin altısında da Tehrana səfər etmişdi.