Ruhani: Amerikalılar İran xalqının müqaviməti qarşısında çarəsiz qalıblar
İran İslam Respublikasının prezidenti deyib: İran xalqının bədxahları illər bundan öncə İranın istiqlaliyyətinin məğlubiyyəti iddiasında idilər, amma bu gün onlar İran xalqının müqaviməti qarşısında çarəsiz qalıblar.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Şərqi Azərbaycan vilayətində, "Heris" kombinə edilmiş dövriyyə elektrik stansiyasının birinci blokunun açılışı mərasimində İrana qarşı sanksiyanı amerikalılar üçün əxlaqi, siyasi və hüquqi bir məğlubiyyət adlandırıb və belə əlavə edib: İrana qarşı sanksiya Amerikanın böyük İran xalqı, beynəlxalq orqanlar və BMT qarşısında məğlubiyyəti deməkdir.
İran prezidenti bildirib ki, amerikalılar İranı sanksiya etməklə yalnız məğlubiyyətə uğrayacaqlar. O, deyib: İran xalqının düşmənləri o qədər aciz olublar ki, İranın xarici işlər nazirini sanksiya edir və Məhəmməd Cavad Zərif kimi şücaətli və güclü bir diplomatın məntiqi və müsahibəsindən qorxurlar.
İran xalqına qarşı sanksiyaların nəticəsini İran siyasəti və sənayesində müqavimət və istiqlaliyyətin gücləndirilməsi adlandıran Ruhani deyib: İran İslam Respublikası öz inkişaf və tərəqqi yolunu davam etdirəcək və düşmənlər öz sanksiyalarından bir gün peşman olacaqlar.
Qarşıdakı aylarda İranın aviasiya sənayesində, xüsusən hava hücumundan müdafiə sistemində iri layihələrin açılacağını bildirən İran İslam Respublikası prezidenti əlavə edib: Düşmənin təzyiq və sanksiyası şəraitində böyük layihələrin istifadəyə verilməsi iftixara səbəb olur.