İranın fəal və təsirli diplomatiyası sanksiya qəbul edən deyil
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib ki, İranın fəal və təsirli diplomatiyası sanksiya qəbul edən deyil və Amerika və müttəfiqləri İranın haqlılığı və aydın səsinin dünya xalqlarına çatdırılmasına mane ola bilməzlər.
Əli Şəmxani Məhəmməd Cavad Zərifin Amerikanın xəzinədarlıq nazirliyi tərəfindən sanksiya edilməsinə işarə və belə əlavə edib: İranın xarici işlər nazirinin sanksiya edilməsi göstərdi ki, Amerikanın "maksimum təzyiq" qatarı "uğursuzluq stansiyası"nda dayanıb və onun sərnişinlərinin relsi İranın qanuni hüquqlarına hörmət və öhdəliklərin icrası səmtinə dəyişməkdən başqa yolları yoxdur.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb: İran xalqının soyuq və mübarizə mahiyyətli reaksiyası, ölkənin iqtisadi şəraitinin günbəgün təsbit olması, İslam İnqilabının Böyük Rəhbərinin xələlgəlməz və qətiyyətli mövqeləri, həmçinin təsirli regional və beynəlxalq fəaliyyətin artması Trampı başladığı yoldan məyus etməklə yanaşı, dünya ictimaiyyətinin və rəqiblərinin ona qarşı daxili təzyiqlərini misli görünməmiş tərzdə artırıbdır.