Avq 06, 2019 14:27 Asia/Baku
  • Sepah və Zərif Amerikanın sanksiyası ilə dünyada daha da sevimli oldular
    Sepah və Zərif Amerikanın sanksiyası ilə dünyada daha da sevimli oldular

İran İslam Respublikasının prezidenti deyib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun və İranın xarici işlər nazirinin Amerika tərəfindən sanksiya edilmələri onların bölgədə və dünyadakı populyarlığını artırdı.

Həsən Ruhani bu gün Tehranda İranın xarici işlər naziri, onun müavinləri, həmçinin İran Xarici İşlər Nazirliyinin baş müdirləri ilə görüşdə bildirib ki, Amerikanın İrana qarşı bütün sanksiyaları əks nəticə verir.

O, deyib: Amerikanın sanksiyaları İran xalqını daha da möhkəm edəcək və xalqımız uğurla problemləri adlayacaqdır.

Ruhani söyləyib: Ağ Ev-də elə hökmranlar hakimiyyətə gəliblər ki, bu həddə biabırçılıqların tayı tarixdə az görünübdür.

O, əlavə edib: Amerika nəinki nüvə anlaşmasından çıxmaqda, həm də Avropaya təzyiq göstərməkdə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında, Varşava iclasında və Fələstin və Qolan məsələlərində də tək qaldı.

İran İslam Respublikasının prezidenti həmçinin İranın nüvə anlaşmasındakı öhdəliklərinin azalmasına işarə edib: Heç kəs İranın nüvə anlaşmasındakı öhdəliklərinin azalmasından siyasi və hüquqi irad tuta bilməz.

Ruhani Hörmüz boğazında ingilis tankerinin müsadirə olunmasına da toxunub: Fars Körfəzindəki ingilis gəmiləri qanunlara və İranın xəbərdarlıqlarına riayət etmirlər və İran da qanunun icrasında heç bir ölkəyə güzəştə getmir.

"Tehran dünya ilə konsttuktiv anlaşmaya israr edir" deyən İran İslam Respublikasının prezidenti İranın düşmənlərinə xitabən deyib: Əgər düşmənlər bölgədə təhlükəsizlik istəyirlərsə, İranın təhlükəsizliyinə xələl gətirməməlidirlər, zira boğaz boğaz qarşısında, sülh sülh qarşısında, neft də neft qarşısındadır.

Teqlər