17 min iranlının terroru amilləri Ağ Ev-in əsas xəbər mənbəyi olublar
Avq 22, 2019 17:40 Asia/Baku
İranın birinci vitse-prezidenti deyib: İran İslam İnqilabı xalqın müqaviməti və terror şəhidlərinin qanlarının bərəkətinə möhkəm dayanıb və "İstiqlal, Azadlıq və İran İslam Respublikası" istiqamətində öz yolunu davam etdirəcək.
Eshaq Cəhangiri bu gün İranın Mazandaran vilayətinin Nouşəhr şəhərində əlavə edib: Bu gün amerikalılar İran xalqına qarşı hərəkətlərini əlləri İranın günahsız vətəndaşları və məsul şəxslərindən 17 min nəfərin qanına bulanmış kəslərin iddiaları və xəbərləri əsasında həyata keçirirlər.
İranın birinci vitse-prezidenti söyləyib: Təəssüflər olsun ki, terrorçu münafiqlər qruplaşmasının üzvləri bu gün Ağ Ev başçıları üçün bir mənbəyə çevriliblər və amerikalılar gözlərini onların cinayətlərinə yumublar.